Bilirdik bir oyundur oynadığımız.
Bir daha səninlə oynamaq istəmirəm.
Hər dəfə udan mən olsam da bu oyunu
yenə səninlə oynamaq istəmirəm.
Diqqətlə baxardıq güzgüyə.
Hər baxdığımızda gözlərimizdə səni görərdik.
Bir daha səni görməmək üçün
daha baxmaq istəmirəm mən o güzgüyə.
Axan qanımız da bir olsun deyə
barmağımızı deşib qanımızı birləşdirərdik.
Artıq qanımızın rəngi eyni olmasın deyə
mən damarımda qırmızı qan istəmirəm.
Kart da,nərd də,şahmat da, daş da sənin olsun.
Oynadığımız bütün yerləri də sənə verirəm.
Al,bütün oyuncaqlarım da sənin olsun.
Mən daha səninlə oynamaq istəmirəm.
Atdığım oxlar,daşlar,qar topular qayıdıb ürəyimə dəydi.
Sanki mən səni deyil özümü vurdum.
Daha həyatdan da küsmüşəm,zamandan da.
Mən onların oyununu oynamaq istəmirəm
...
Читать дальше »