Ana bətnindəki uşaq ismarıc verdi
O, ultrasəs müayinəsi zamanı əli ilə "əla" işarəsi göstərib
İngiltərədə həkim müayinəsinə gedən hamilə qadın ultrasəs müayinəsi zamanı gördüklərindən şoka düşüb.
Ana bətnindəki uşaq əli ilə "hər şey əladır" işarəsi göstərib. 35 yaşlı ana Mariya Bosvell 20 həftəlik övladının işarəsini "anacan hər şey yolundadır" mesajı verməsi kimi şərh edib.
"Doğurdanda çox gülməlidir. Bizə mən burda yaxşıyam deyir. Bu ultrasəs müayinəsi şəklini böyüyəndə ona göstərəcəyəm", deyə ana bildirib